Dələduzluğa görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıb.
DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.