Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirici toplantı keçirilib. Sumqayıt24 bu haqda 6 iyun tarixində xəbər verir.
Tədbirdə Regional Mərkəzin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Sumqayıt Şəhər və Abşeron Rayon icra hakimiyyətləri, polis idarələri, təcili tibbi yardım stansiyalarının, Dövlət Turizm Agentliyinin müvafiq vəzifəli şəxsləri, COP29-la əlaqədar ölkəyə gələcək qonaqların yerləşdirilməsi nəzərdə tutulan, dislokasiya ərazisinə daxil olan hotellərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev COP29 konfransının əhəmiyyətindən, iştirakçılara iqlim konfransına hazırlıq prosesindən məlumat verib.
Müşavirədə mövzu ətrafında müzakirə aparılıb.