Sumqayıtda çörəkdən taxta qırıntılarının çıxdığı iddia olunur.
Bu barədə Sumqayit24.az-a sakin məlumat verib.
Vətəndaşın iddiasına görə, aldığı qara çörəyin içərisindən xırda taxta qırıntıları çıxıb. Bu hal onun və ailə üzvlərinin narahatlığına səbəb olub.
"Çörəyin içində xırda-xırda taxta hissələri var. Bu, kiminsə boğazında qalsa, kim cavab verəcək?", - deyə vətəndaş narahatlığını ifadə edib.
Bildirilib ki, çörəyin paketinin üzərində istehsalçı müəssisə kimi "Sumqayıt Çörək Zavodu" qeyd olunub.
Məsələ ilə bağlı aidiyyəti quruma və sözügedən müəssisəyə sorğu ünvanlanıb.