Sumqayıt, Bakı, Xızı, Siyəzən, Xaçmaz və Lənkəranın dəniz sahillərində profilaktik tədbirlər görülüb.
Sumqayit24.az xəbər verir ki, monitorinq polis əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilib.
Profilaktik tədbirlər zamanı
- məişət tullantılarını ətrafa atan – 11 nəfər;
- qadağan olunmuş yerdə siqaret çəkən – 4 nəfər;
- tullantı sularını kənar yerə axıdan – 6 nəfər;
- ağac və kolları zədələyən, qanunsuz tikinti aparan – 2 nəfər barəsində qanunamüvafiq tədbirlər görülüb.