Deputat Müşfiq Məmmədli görüş keçirib. Sumqayıt24 bu haqda 28 mart tarixində xəbər verir.
Millət vəkili vətəndaşları Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında qəbul edib. İştirakçılar məişət, məşğulluq, sağlamlıq və digər mövzularda müraciətlər ediblər. Onların məsələləri nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.
Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Növbəti qəbula qatılmaq üçün (050) 277-96-84 nömrəsi ilə əlaqə saxlamaq olar. [modula id="33702"]