Sumqayıt Uşaq xəstəxanasında maarifləndirici elmi seminar keçirilib. Bu barədə 12 oktyabr tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Seminarda uzman doktor İlkin Hacıyev "İlkin və irəli yaşam dəstəyi acil xəstələrə yanaşma" mövzusunda təqdimatla çıxış edib. Uzman mövcud müayinə və müalicə üsullarından, eləcə də bu sahədə mövcud olan dünya protokollarından danışıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.