Sumqayıtda yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə Kimyaçılar yaşayış massivində yerləşən təkrar emal üçün nəzərdə tutulmuş plastik klips emalatxanasında qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin yanğınsöndürən briqadaları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbi araşdırılır.