Sumqayıtda yerləşən "Emil" kafesi yanıb. Bu barədə 15 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən axşam saatlarında, 13-cü mikrorayon ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində alov tez bir zamanda söndürülüb. Xəsarət alan yoxdur.