Tekstil fabrikindəki yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.
Saat: 11:54
Sumqayıtda yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.
Report.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində yerləşən müəssisələrdən birində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Alovun söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.