top
Sumqayıtda hansı növ ağac əkilməlidir ki, külək olan kimi aşmasın? – ÖZƏL AÇIQLAMA
16 dekabr 2024, 05:25
- ↺ +

Sumqayıtda hansı növ ağac əkilməlidir ki, külək olan kimi aşmasın? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar tez-tez güclü küləyin təsiri ilə ağacların kökündən qırılaraq aşması və ya əyilməsi hallarının artması halları ilə qarşılaşırıq. Elə bu yaxınlarda güclü külək nəticəsində Sumqayıtda iki ağacın aşması ciddi narahatlığa səbəb olub. Bu kimi hadisələr həm insanlar üçün təhlükə yaradır, həm də şəhərin təbii mənzərəsinə ziyan vurur. Belə hallar həm Bakı, həm də Sumqayıt ərazisində tez-tez qeydə alınır. Bu tip halların baş verməsini bəzən köhnəlmiş və zəif köklü ağacların küləyə qarşı dayanıqsız olması ilə əlaqələndirirlər.

Şəhər mühitində ağacların düzgün baxımı, güclü külək və digər hava şəraitinə uyğunlaşdırılması da vacibdir. Belə halların qarşısını almaq üçün müvafiq orqanların ağacların vəziyyətini mütəmadi olaraq yoxlaması və lazımi tədbirlər görməsi vacibdir.

Bəs görəsən, bunun səbəbi nədir? Hansı növ ağac əkilməlidir ki, külək olan kimi aşmasın? Sumqayıt və Bakıda hansı növ ağaclar əkilməlidir?

Mövzu ilə bağlı Sumqayit24.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, Bakıda və Sumqayıtda adətən qovaq və bəzi sərv ağacları əkirlər, onların da küləyə davamlılığı zəifdir:

“Bakı, Sumqayıt və Abşeron yarımadası yarımsəhra ərazilərdir. Bakı indi bu cür dəyişilib. Ötən əsrin əvvəlində, 19-cu əsrdə belə deyildi. Yaşıllıq da çox olmayıb. Abşeron yarımsəhra olduğuna görə, həmin əraziyə xas bitkilər əkilməlidir. Çinar ağacı çox hündürə qalxmır. Qumsal ərazidə də hər ağac bitmir. Eyni zamanda kökü uzanmır, aşağı dərinə gedə bilmir. Çünki qrunt sularında quruyur. Hündür ağacların da özləri qədər kökləri dərin olur. Bakıda və Sumqayıtda adətən qovaq və bəzi sərv ağacları əkirlər. Onların da küləyə davamlılığı zəifdir. Külək əsən kimi qırılır, bir müddət sonra isə aşırlar.

Bunların səbəbi çoxdur. Əaziyə xas xüsusən zeytun ağacları əkilməlidir. Abşeronun zeytunu çox məşhur olub. Əsasən zeytun və əncir ağacları əkilməlidir. Bunlar çox hündürə qalxmırlar və ona görə də aşma, qırılma qorxusu yoxdur. Külək bunları aşıra bilmir.  Küləyin qarşısında adətən  hündür və kökü dərinə getməyən ağaclar zəif olur”.

Q.İbrahimli qeyd edib ki, xüsusi planla yaşıllıq yaradılmalıdır ki, ağaclar küləyin təsirindən aşmasın və ya əyilməsin:

“Yaşıllığın salınmasının tərəfdarıyam. Çox hündür ağaclar olmayacaq və sıx əkiləcək. Əraziyə vaxtaşırı nəzarət olunmalıdır. Yaşıllaşdırma idarələri nəzarət etməlidir. Ağaclar tez-tez daranmalı və təmizlənməlidir.

Qoca ağaclar yenisi ilə əvəz olunmalıdır. Zeytun ağacının aşdığını kimsə deyə bilməz. Zeytunun kökü dərinə yox, yana işləyir. O ağacı külək aşıra bilmir. Zeytun bu ərazi üçün çox idealdır. Zeytunda min bir dərdin dərmanı var. Bir çox uyğun ağaclar var ki, əyilə bilər. Şamın aşması müşahidə olunmaz. Çünki o ağac küləyi ötürür. Əkildiyi yerlərdə darama işləri aparılmalıdır”.

Sudan İstifadə sahəsində mütəxəssislər İctimai Birliyinin sədr müavini, ekoloq Amin Məmmədov qeyd edib ki, son bir neçə ildə Bakıda, Sumqayıtda ağaclara virus və xəstəliklərin düşməsi müşahidə olunur:

“O da ağacların içdən zəifləməsinə səbəb olur. Külək nəticəsində gövdənin möhkəmliyi azalır və sınır. Bakının ətraf ərazilərində ağacəkmə kampaniyalarında əkilən ağaclarda küləyin təsiri nəzərə alınır. Pərakəndə əkilən yerlərdə əkən şəxsin özü külək və digər faktorlar haqqında məlumatlı deyil. Nəticədə də ağac böyüyəndə aşma ehtimalı olur.

Ağacın vəziyyətinin yoxlanılmasını yerli icra hakimiyyəti orqanları da edə bilər. Yaşıllaşdırm idarəsinə cavabdeh olan şöbələr də müəyyən etdikdən sonra Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət edib, aktlaşdıra bilərlər. İnsan həyatına və əmlakına təhlükə olmasın deyə, kəsilməsi məsələsini qaldıra bilər. Müfəttişlər gəlir, aktlaşdırırlar. Ziyan vurma ehtimalı müəyyənləşir. Qərar verilir və icra olunur”.

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər