Avtomatik stansiyalar vasitəsilə Sumqayıt şəhəri ərazisində hava keyfiyyəti gündəlik monitorinq olunur. Sumqayıt24 bu haqda 25 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Əldə olunan məlumatların təhlilinə əsasən, gün ərzində dəm qazının miqdarı normadan 1.2 dəfə yüksək müəyyən edilib.
Buna səbəb isə nəqliyyat vasitələri hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərdir.