Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında Səməd Vurğun küçəsində qeydə alınıb. Teleqraf.az-ın məlumatına görə, "Kia" və "BMW" markalı minik avtomobilləri hərəkətdə olarkən toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xəsarət alanların olduğu bildirilir. Yaralılar əraziyə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır, qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.