Sumqayıtda iş başında olan işçi faciəli şəkildə həyatını itirib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 1981-ci il təvəllüdlü Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük maşınının arasında qalıb. Ağır xəsarətlər alan Nəsib Tahirov hadisə yerində həyatını itirib.
Onun parklanma nəzarətçisi kimi çalışdığı qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.