Sumqayıt şəhərinin mərkəzində yerləşən əsas yolayrıcında işıqforların işləməməsi sürücülər və piyadalar üçün ciddi çətinlik yaradıb.
Sumqayit24.az xəbər verir ki, söhbət Heydər Əliyev prospekti ilə Sülh prospektinin kəsişməsində yerləşən 4 işıqfordan gedir. Məlumata görə, dünən axşam saatlarında yaranan problem bu gün də davam edib.
İşıqforların işləməməsi nəticəsində yolayrıcında hərəkətin nizamlanması çətinləşib, sürücülər arasında çaşqınlıq yaranıb. Bu isə xüsusilə intensiv hərəkət zamanı qəza riskini artırır.
Yolayrıcından keçən piyadalar üçün də vəziyyət narahatlıq doğurur. İşıqforların işləməməsi həm sürücülərin, həm də piyadaların hərəkət zamanı daha diqqətli olmasını tələb edir.