Sumqayıtda “Sazlı-sözlü kəlağayı günləri” tədbiri keçirilib. Sumqayıt24 bu haqda 15 noyabr tarixində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
N. Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində Kəlağayı ev-muzeyinin kəlağayıları sərgilənib. Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı ev-muzeyinin direktoru Güllü Eldar Tomarlı sərginin mahiyyətindən və vacibliyindən danışıb.
Sərgi konsert proqramı ilə sonlanıb.