Sumqayıt şəhərində qeydə alınan zəhərlənmə hadisəsi faciə ilə yekunlaşıb.
Sumqayit24.az-ın məlumatına görə, bir neçə gün əvvəl Kimyaçılar qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Qurban Əsədov kimyəvi maddədən zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İlkin tibbi yardım göstərildikdən sonra o, müalicəsinin davam etdirilməsi üçün paytaxtdakı tibb müəssisələrindən birinə köçürülüb.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb və o, bir neçə gün sonra vəfat edib.
Hadisənin dəqiq səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.