Quba sakini Sumqayıtda itkin düşüb. Sumqayıt24 bu haqda 29 mart tarixində ShimalNews-a istinadən xəbər verir.
Hadisə martın 22-də baş verib. 48 yaşlı Bünyad Bünyatov bazarda 25.000 manatlıq mal-qara satdıqdan sonra yoxa çıxıb. Onu son dəfə H.Z. Tağıyev qəsəbəsində görüblər. Bu zaman əynində cins şalvar və boz gödəkçə olub. Polis axtarış tədbirləri həyata keçirir.
Qeyd edək ki, B. Bünyatov şəhərimizdə ailəsi ilə birlikdə kirayədə qalırdı.