Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb.
Məlumata görə, Xəzər bağları yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Samir Vaqif oğlu İsrayılov ağır vəziyyətdə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Kimyəvi məhluldan zəhərləndiyi təxmin olunan S. İsrayılov sonradan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Report.az