Sumqayıtda fəaliyyət göstərən “Ümid Klinikası” ilə bağlı imzalanmış cərimə protokoluna baxılacaq tarix açıqlanıb.
Tribunainfo.az-ın məlumatına görə, klinikada aparılan yoxlama zamanı bəzi nöqsanlar aşkarlanıb. Məlum olub ki, klinika İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı işə Sumqayıt Apellyasiya Məhkəməsində 21 fevral tarixində hakim Rəşadət Ağayevin sədrliyi ilə baxılacaq.