Sumqayıtda köşkdə quldurluq hadisəsi baş verib. Bu haqda 12 fevral tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Hadisə fevralın 10-da qeydə alınıb. Polis əməkdaşları tərəfindən Süleyman Hacıyev, Röyal Əliyev və qardaşı Vüsal saxlanılıblar.
Onlar satıcıya zor tətbiq etməklə kassadan 500 manat pul və 1000 manat dəyərində tütün məmulatının quldurluq yolu ilə talanmasında şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.