Sumqayıt Bulvarında kros qaçışı üzrə ümumtəhsil müəssisələri arasında şəhər birinciliyi keçirilib. Bu haqda 24 may tarixində Sumqayıt24 məlumat verir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 24 may 2024-cü il tarixində Sumqayıt Bulvarında 28 May – Müstəqillik gününə həsr olunmuş atletika idman növünün kros qaçışı üzrə ümumtəhsil müəssisələri arasında şəhər birinciliyi keçirilib.
Yarışda Azər Sultanov (21 nömrəli tam orta məktəb) birinci, Emil Həsənov (28 nömrəli tam orta məktəb) ikinci, Elnur Xələfov (17 nömrəli tam orta məktəb) üçüncü yerə sahib olublar.
Qaliblər Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.