Sumqayıtda 32 saylı məktəbin direktorunun səs yazısı yayılıb. Sumqayıt24 bu barədə 19 sentyabr tarixində Trend.az-a istinadən xəbər verir.
Təhsil ocağının rəhbəri Esmira İbrahimova 14 sentyabr tarixində "Whatsapp" qrupuna səs ataraq müəllimlərdən 50 manat tələb edib. Onları əmək haqlarından da pul tutulacağı ilə də hədələyib. İddiaya görə, o, bu pulu məktəbin təmiri üçün istəyib.
Abşeron-Xızı Regional Təhsil İdarəsində məsələ ilə bağlı araşdırma başlanılıb. Yekun nəticə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.