Sumqayıtda marşrut avtobuslarının sayı artırılıb. Sumqayıt24 bu haqda 15 sentyabr tarixində Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Şəhərimizdə sərnişindaşıma imkanlarının artırılması üçün tədbirlər görülüb. Daşıma göstəricisi aşağı olan marşrut xətlərinə – 2, 5, 6, 7, 7A, 10A, 12, 12A, 15, 22, 30, 33 saylı marşrutlara əlavə avtobuslar cəlb edilib.