Xəbər verdiyimiz kimi, Sumqayıtda Koroğlu prospektində şəhər sakini, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi "Mercedes-Benz C180" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il təvəllüdlü Leyla Maluni və 1999-cu il təvəllüdlü İlkin Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Sumqayit24.az-ın sorğusuna TƏBİB-dən bildirilib ki, 2026-cı il 22 iyun tarixində saat 05:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".
***
Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Koroğlu prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi "Mercedes-Benz C180" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il təvəllüdlü Leyla Maluni və 1999-cu il təvəllüdlü İlkin Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.az