Sumqayıtda qəzaya düşən kişi xəstəxanada ölüb.
Sumqayit24.az xəbər verir ki, bir ay öncə Azərbaycan prospektində yolu keçmək istəyən 77 yaşlı Cavanşir Mürvət oğlu Quliyevi avtomobil vurub. Kişi dərhal xəstəxanaya yerləşdirilib və müalicəsi aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq o, bu gün həmin tibb ocağında dünyasını dəyişib.