Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin ediləcək.
Sumqayit24.az xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.
Belə ki, Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsində hakim təyin edilməsi nəzərdə tutulur.