Sumqayıt şəhərində kişi meyiti aşkarlanıb. Sumqayıt24 bu barədə 18 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə şəhərin Dənizkənarı parkında qeydə alınıb. Əraziyə baxış zamanı şəxsiyyəti məlum olmayan meyit tapılıb. Buraya hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.