Sumqayıtda yanğın qeydə alınıb.
Sumqayit24.az-ın məlumatına görə, hadisə gecə saatlarında 40-cı məhəllədə, “Kapital Bank”ın yanında qeydə alınıb. Şahidlər bildiriblər ki, naməlum şəxs zibil qutusunun yanında yığılan tullantıları qəsdən yandıraraq gedib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.