Sumqayıtda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu müddətdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir.
Sumqayıt şəhərinin yerləşdiyi Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var.