"Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı” siqnalı üzrə fəaliyyət mövzusunda məşq keçirilib.
“Report”un məlumatına görə, nümunəvi mülki müdafiə məşqi Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə birgə təşkil olunub. Tədbirə 35 ədəd texnika və 164 nəfər şəxsi heyət cəlb olunub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.