Sumqayıtda “Sürətli Keçid Kartı”nın satışına başlanılıb.
Sumqayit24.az xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün nəzərdə tutulan kartı 2 saylı "ASAN xidmət" mərkəzindən almaq mümkündür.
“Sürətli Keçid Kartı”nı əldə etmək üçün şəxsiyyət vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi təqdim olunmalıdır.
Kartın istifadə qaydaları və əlavə məlumatlar üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına müraciət edə bilərsiniz.