Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.
Məlumata görə, 15 dəqiqədən çoxdur ki, qatarlar hərəkət etməyib və bəzi stansiyalarda sərnişinləri qatardan düşürüblər.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb və "İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.