Sumqayıt “Yaşma bağları” sahəsində avtobus Xaçmaz sakinini vuraraq öldürüb. Sumqayıt24 bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən yazır.
Belə ki, şəhər sakini M.Əliyev idarə etdiyi “PAZ” markalı avtobusla yolu keçməyə çalışan Orxan Məmmədovu vurub. Xəstəxanaya çatdırılan Məmmədov oradaca keçinib.
Hazırda Sumqayıt Şəhər Polis İdərəsində araşdırma aparılır.