top
Sumqayıtda psixiatr çatışmazlığı var - ŞİKAYƏT - VİDEO
17 avqust 2026, 17:20
- ↺ +

Sumqayıtda psixiatr çatışmazlığı var - ŞİKAYƏT - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt sakinləri 1 saylı şəhər xəstəxanasında psixiatr qəbulunda yaranan uzun növbələr və dövlət tərəfindən təmin olunan psixotrop dərmanların verilməməsindən şikayətlənirlər.

Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, şəhərdə uzun müddətdir psixiatr çatışmazlığı müşahidə olunur. Hazırda isə həkimlərin sayının azalması vəziyyəti daha da çətinləşdirib. Bildirilir ki, əvvəllər bir neçə psixiatrın qəbul etdiyi xəstələr hazırda daha az sayda həkimin xidmətindən istifadə etməli olurlar. Nəticədə uzun növbələr yaranır.

Xüsusilə hər ay dövlət təminatlı psixotrop dərmanlarını almaq üçün həkim müayinəsindən keçməli olan xəstələr bu vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, növbədə saatlarla gözləmək məcburiyyətində qalırlar.

Həmçinin iddia olunur ki, xəstə bir neçə gün gec müraciət etdiyi zaman ona dərmanın tükənə biləcəyi bildirilir. Bu isə dərmanların xəstələrin sayına uyğun planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suallar yaradır.

Şikayətçilər hesab edirlər ki, psixiatrik xəstələrin mütəmadi qəbul etməli olduğu dövlət təminatlı dərmanların vaxtında verilməsi təmin edilməli, xəstələrin uzun növbələrdə saatlarla gözləməsinin qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Qurumdan cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında bir psixiatr fəaliyyət göstərir:

"Psixiatrik xidmətə müraciətlərin çoxluğu səbəbindən günün müəyyən saatlarında növbə sıxlığı yarana bilir.

Vətəndaşların gözləmə müddətinin azaldılması, qəbul prosesinin daha operativ təşkili və müəssisənin psixiatr kadrı ilə təminatının gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Psixotrop dərmanlar təsdiq edilmiş siyahı və tibbi göstərişlər əsasında qeydiyyatda olan pasiyentlərə həkim təyinatına uyğun verilir. Ayrı-ayrı dərman vasitələrinin tədarükündə müvəqqəti fasilə yarandığı hallarda müvafiq tələb təqdim edilir və təminatın qısa müddətdə bərpası üçün zəruri tədbirlər həyata keçirilir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:54

Babək küçəsində iki maşın toqquşub

Bütün xəbərlər
Bu gün, 16:40

"Gold Qayalı"nın əməkdaşları 105 min manatlıq siqaret oğurladılar

Bütün xəbərlər
Bu gün, 16:06

İstilik mövsümü bu tarixdə başlayacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Bu gün, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 11:20

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Oxşar xəbərlər