Sumqayıtda qanvermə aksiyası keçirilib.
Sumqayit24.az xəbər verir ki, aksiya 28 May – Müstəqillik Günü münasibətilə şəhər İcra Hakimiyyəti və Respublika Qan Bankının Sumqayıt bölməsi tərəfindən təşkil olunub.
Tədbirdə həkim briqadası tərəfindən donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb və qanvermə prosesi tibbi-profilaktik qaydalara uyğun şəkildə təşkil olunub.