Sumqayıtda yeni fəaliyyətə başlayan marketdən şikayət var.
Sumqayit24.az xəbər verir ki, bu barədə sakin sosial şəbəkə hesabında paylaşım edib.
Vətəndaş 10-cu mikrorayonda yenicə fəaliyyətə başlayan "Tam Store" supermarketində məhsulların qiymətlərində uyğunsuzluq olduğunu iddia edib.
O, paylaşdığı videoda aldığı meyvələrin üzərilərində göstərilən qiymətləri ayrı-ayrılıqda hesablayaraq yekun məbləğin kassa çekində qeyd olunan məbləğdən fərqli olduğunu göstərməyə çalışıb.
Bundan əlavə, sakin market əməkdaşlarının müştərilərlə mədəniyyətsiz davrandığını da iddia edib.
Sumqayit24.az məsələ ilə bağlı "Tamstore" marketlər şəbəkəsinə sorğu ünvanlayıb.