top
Sumqayıtda qurumlar hərəkətə keçmək üçün faciə gözləyir?
23 mart 2026, 10:14
- +

Sumqayıtda qurumlar "hərəkətə keçmək" üçün faciə gözləyir?

Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan ağacla bağlı məsələ hələ də açıq qalır.

Sumqayit24.az xəbər verir ki, şəhərin Ağa Quliyev küçəsində yerləşən və aşmaq üzrə olan ağac artıq uzun müddətdir ki, həm piyadalar, həm də nəqliyyat vasitələri üçün ciddi təhlükə mənbəyinə çevrilib. Sözügedən ərazidən intensiv istifadə olunduğunu nəzərə alsaq, risk hər gün daha da artır.

Qeyd edək ki, məsələni hələ mart ayının əvvəlində ictimailəşdirmişdik. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən açıqlama verilərək bildirilmişdi ki, qəzalı və qurumuş ağacların götürülməsi yalnız müvafiq qurumun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında həyata keçirilir və sözügedən ağacla bağlı da müraciət olunacaq: 

"Veriləcək rəy əsasında qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir".

Eyni zamanda, rəsmi açıqlamada ərazidə aqrotexniki qaydalara uyğun budanma işlərinin aparıldığı və təhlükəsizlik səviyyəsinin təmin edildiyi qeyd olunmuşdu.

Lakin üzərindən 3 həftə keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib. Ağac hələ də eyni vəziyyətdə qalır.

Sakinlər haqlı olaraq sual verir: problem yalnız hansısa bədbəxt hadisədən sonra həll olunacaq?

Məsul qurumların operativ reaksiya verməməsi narazılığı daha da artırır. İctimai təhlükəsizlik baxımından bu kimi hallara vaxtında müdaxilə olunması vacib olduğu halda, gecikmələr potensial faciə riskini artırır.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtda külək güclənəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 19:00

Çimərliyə getmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda açıq sahədə YANĞIN

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtlı olmaq nə deməkdir?

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda Aşura günü qan vermək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtlılar "çörək pulu" üçün niyə Bakıya üz tuturlar? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:37

Cərimələnən "Pine Park" deyilmiş - RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:20

Sumqayıtda 38 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:40

"Ölən qızın videolarını niyə tirajlayırsınız?" - Aparıcı "od püskürdü"

Bütün xəbərlər
Dünən, 15:20

Sumqayıtda gimnaziya və liseylərə qeydiyyat müddəti UZADILIR

Bütün xəbərlər
Dünən, 15:00

Leysanın fəsadları Sumqayıta baha başa gəldi

Bütün xəbərlər
Dünən, 14:57

Prezident məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda 1 milyon manata ağac, bitki və güllər alınacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda çalışan müəllimlərdən YÜKSƏK NƏTİCƏ

Bütün xəbərlər
Dünən, 12:55

Azərbaycanda yumurta kəskin UCUZLAŞDI

Bütün xəbərlər
Dünən, 12:15

Həyət daralır, narazılıq artır: Sarayda tikinti problemi

Bütün xəbərlər
Dünən, 11:34

Sumqayıtlı idmançı Monqolustanda medalsız qaldı

Bütün xəbərlər
Dünən, 10:54

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Bütün xəbərlər
Dünən, 10:14

Sumqayıtda təkrar imtahan keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:34

Sumqayıt və Novxanı çimərliklərində hava necə olacaq?

Bütün xəbərlər
18 iyun 2026, 19:25

Sumqayıtda imtahandan maksimum nəticə göstərən müəllim danışdı

Bütün xəbərlər
18 iyun 2026, 18:00

Sumqayıtda sabah 36 dərəcə isti olacaq

Bütün xəbərlər
18 iyun 2026, 18:00

Sumqayıtın sürətlə böyüyən ərazilərindən birində məktəb böhranı

Bütün xəbərlər
18 iyun 2026, 17:30

Sumqayıt müəllimi imtahandan maksimum nəticə göstərdi

Oxşar xəbərlər