top
Xarici ölkələrin səfirləri Sumqayıtdakı alman əsirlərinin məzarlığını ziyarət ediblər
Bu gün, 11:06
- ↺ +

Xarici ölkələrin səfirləri Sumqayıtdakı alman əsirlərinin məzarlığını ziyarət ediblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke, Macarıstanın səfiri Tamaş Torma, Avstriya Respublikasının səfiri Ettienn Berxtold və Rumıniyanın səfiri Vasile Soare Sumqayıt şəhərində yerləşən alman əsirləri məzarlığını ziyarət ediblər.

Sumqayit24.az xəbər verir ki, ziyarət zamanı hərbi əsirlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və tər gül dəstələri qoyulub, burada dəfn olunanların xatirəsi ehtiramla yad edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanda İkinci Dünya müharibəsi zamanı əsir düşmüş hərbçilərin dəfn olunduğu 11 məzarlıq mövcuddur.

Ümumilikdə 2986 məzarın olduğu həmin məzarlıqlardan biri Sumqayıt şəhərində yerləşir.

Qeyd olunub ki, Sumqayıtdakı məzarlıqda dəfn edilmiş 311 hərbi əsirdən 269-u alman, digərləri isə avstriyalı və macardır. Həmin əsirlər Sumqayıt şəhərinin salınmasında iştirak edib, müxtəlif səbəblərdən vəfat edərək burada dəfn olunublar.

Vurğulanıb ki, məzarlığın qorunması və ona qulluq göstərilməsi daim diqqət mərkəzində saxlanılır, ərazidə mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Bu münasibət Azərbaycanın humanizm dəyərlərinə və tolerantlıq ənənələrinə sadiqliyinin təzahürüdür.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:36

Qonşunun borcuna görə siz də istiliksiz qala bilərsiniz? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıt və Novxanıda elektrik problemi: külək əsir, işıqlar sönür

Bütün xəbərlər
Bu gün, 09:26

123 saylı avtobusda təhlükəli anlar – Sərnişinlər özlərini çölə atdılar

Bütün xəbərlər
Bu gün, 09:16

Azərbaycan millisi bu gün Andorra sınağına çıxır

Bütün xəbərlər
14 noyabr 2026, 18:07

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
14 noyabr 2026, 17:27

Sumqayıtda bəzi binalar istiliksiz qala bilər – SƏBƏB

İdman
14 noyabr 2026, 16:47

Amerikalı basketbolçu: "Sumqayıt şəhərini bəyənirəm"

Bütün xəbərlər
14 noyabr 2026, 16:00

9 nömrəli avtobusun vurduğu Talehin fotosu

Bütün xəbərlər
14 noyabr 2026, 15:37

Sumqayıtlı model: "Gənclər ev almaq üçün pul yığa bilmirlər"

İdman
14 noyabr 2026, 15:30

Sumqayıtda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
14 noyabr 2026, 15:07

Sumqayıtda 5 maşının iştirakı ilə qəza olub

Bütün xəbərlər
14 noyabr 2026, 14:27

Sumqayıt məhkəməsindən "Milyonçu Bəxtiyar Dali" ilə bağlı qərar

İdman
14 noyabr 2026, 13:47

QUBADLIDAN SUMQAYITA, SUMQAYITDAN DÜNYA ÇEMPİONLUĞUNA – NİYAMƏDDİN PAŞAYEV!

Bütün xəbərlər
14 noyabr 2026, 13:07

Sumqayıtda istilik mövsümü başlayır

Bütün xəbərlər
14 noyabr 2026, 12:27

Bakı-Sumqayıt yolunda tıxaclar həftəsonu da bitmir...

Bütün xəbərlər
14 noyabr 2026, 11:47

Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət

Bütün xəbərlər
14 noyabr 2026, 11:07

MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Bütün xəbərlər
14 noyabr 2026, 10:32

Coratda internet problemi yaranıb

Bütün xəbərlər
14 noyabr 2026, 09:52

Gecələr "yad birini" hiss edənlər bunu bilməlidir...

Bütün xəbərlər
14 noyabr 2026, 09:12

Qəhrəman şəhidimiz Cavid Mirzəyevin doğum günüdür

Bütün xəbərlər
13 noyabr 2026, 21:32

Deputat - "Sumqayıtda peşə təhsili mərkəzinin yenidən qurulmasına iki ildir başlanılmır"

Bütün xəbərlər
13 noyabr 2026, 18:24

Sumqayıtda festival - tullantı verib 10 hədiyyə qazana bilərsiniz

Bütün xəbərlər
13 noyabr 2026, 18:00

Sumqayıtda avtomobillərin median qiyməti 12.500 manatdır.

Oxşar xəbərlər