Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 10-14°, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm-ə yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.