top
Sumqayıt və Novxanıda elektrik problemi: külək əsir, işıqlar sönür
Video
Bu gün, 10:06
- ↺ +

Sumqayıt və Novxanıda elektrik problemi: külək əsir, işıqlar sönür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Güclü külək Sumqayıt və Novxanı ərazilərinə aid bağ massivlərində elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub. Çoxsaylı yaşayış evləri və bağ evləri işıqsız qalıb.

Məlumata görə, şiddətli külək nəticəsində dam örtüyünün qoparaq elektrik xətlərinin üzərinə düşməsi qəza yaradıb.

Enerji təchizatı qurumunun regional xidmətindən verilən məlumata görə, dam örtüyünün metal konstruksiyaları elektrik xətlərini zədələyib. Nəticədə Sumqayıt və Novxanı istiqamətində yerləşən bağ massivlərinin bir sıra hissələrində elektrik enerjisinin verilişi dayanıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Lakin problem təkcə bugünkü güclü küləklə bağlı deyil.

Ərazidə yaşayan sakinin verdiyi məlumata görə, Sumqayıt və Novxanı bağlarında elektrik enerjisinin kəsilməsi artıq mütəmadi xarakter alıb.

Külək əsəndə, yağış yağanda, hətta isti yay günlərində belə sakinlər saatlarla işıqsız qalırlar.

Sakinlərin müşahidələrinə görə, yayda havaların həddindən artıq isti keçməsi, payız və qış aylarında isə külək və yağıntılar elektrik enerjisinin kəsilməsinə səbəb kimi göstərilir.

Belə çıxır ki, Sumqayıt və Novxanı bağlarında elektrik enerjisinin fasiləsiz verilməsi üçün ideal hava şəraiti lazımdır.

Halbuki elektrik şəbəkəsi məhz müxtəlif hava şəraitində dayanıqlı fəaliyyət göstərmək üçün qurulmalıdır.

Ərazidə köhnəlmiş elektrik naqillərinin yenilənməsinə, xətlərin texniki vəziyyətinin ciddi yoxlanılmasına və infrastrukturun gücləndirilməsinə ehtiyac olduğu bildirilir.

Müşahidələrə əsasən, əraziyə xidmət göstərən aidiyyəti qurumların bəzi hallarda problemlərə vaxtında və yetərincə reaksiya verməməsi də narazılıq doğurur.

Əsas sual isə budur: niyə hər mövsüm təkrarlanan elektrik kəsintilərinin qarşısını almaq üçün indiyədək köklü tədbirlər görülməyib?

Sakinlər hər dəfə havanın dəyişməsi ilə elektrik enerjisinin kəsiləcəyi narahatlığını yaşamalı deyillər.

Aidiyyəti qurumlar yalnız növbəti qəzanı aradan qaldırmaqla kifayətlənməməli, Sumqayıt və Novxanı bağlarının elektrik təchizatındakı sistemli problemlərin həlli üçün konkret tədbirlər görməlidirlər.

Mənbə: Musavat.com

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:26

123 saylı avtobusda təhlükəli anlar – Sərnişinlər özlərini çölə atdılar

Bütün xəbərlər
Bu gün, 09:16

Azərbaycan millisi bu gün Andorra sınağına çıxır

Bütün xəbərlər
14 noyabr 2026, 18:07

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
14 noyabr 2026, 17:27

Sumqayıtda bəzi binalar istiliksiz qala bilər – SƏBƏB

İdman
14 noyabr 2026, 16:47

Amerikalı basketbolçu: "Sumqayıt şəhərini bəyənirəm"

Bütün xəbərlər
14 noyabr 2026, 16:00

9 nömrəli avtobusun vurduğu Talehin fotosu

Bütün xəbərlər
14 noyabr 2026, 15:37

Sumqayıtlı model: "Gənclər ev almaq üçün pul yığa bilmirlər"

İdman
14 noyabr 2026, 15:30

Sumqayıtda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
14 noyabr 2026, 15:07

Sumqayıtda 5 maşının iştirakı ilə qəza olub

Bütün xəbərlər
14 noyabr 2026, 14:27

Sumqayıt məhkəməsindən "Milyonçu Bəxtiyar Dali" ilə bağlı qərar

İdman
14 noyabr 2026, 13:47

QUBADLIDAN SUMQAYITA, SUMQAYITDAN DÜNYA ÇEMPİONLUĞUNA – NİYAMƏDDİN PAŞAYEV!

Bütün xəbərlər
14 noyabr 2026, 13:07

Sumqayıtda istilik mövsümü başlayır

Bütün xəbərlər
14 noyabr 2026, 12:27

Bakı-Sumqayıt yolunda tıxaclar həftəsonu da bitmir...

Bütün xəbərlər
14 noyabr 2026, 11:47

Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət

Bütün xəbərlər
14 noyabr 2026, 11:07

MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Bütün xəbərlər
14 noyabr 2026, 10:32

Coratda internet problemi yaranıb

Bütün xəbərlər
14 noyabr 2026, 09:52

Gecələr "yad birini" hiss edənlər bunu bilməlidir...

Bütün xəbərlər
14 noyabr 2026, 09:12

Qəhrəman şəhidimiz Cavid Mirzəyevin doğum günüdür

Bütün xəbərlər
13 noyabr 2026, 21:32

Deputat - "Sumqayıtda peşə təhsili mərkəzinin yenidən qurulmasına iki ildir başlanılmır"

Bütün xəbərlər
13 noyabr 2026, 18:24

Sumqayıtda festival - tullantı verib 10 hədiyyə qazana bilərsiniz

Bütün xəbərlər
13 noyabr 2026, 18:00

Sumqayıtda avtomobillərin median qiyməti 12.500 manatdır.

İdman
13 noyabr 2026, 17:30

"Sumqayıt" Azərbaycan Kubokunda "Qarabağ"la qarşılaşacaq

Bütün xəbərlər
13 noyabr 2026, 16:52

Sumqayıt xəstəxanalarında basabas tarixə qovuşur - AÇIQLAMA

Oxşar xəbərlər