Xəbər verdiyimiz kimi, noyabrın 11-də Saray qəsəbəsində yolu keçən zaman 9 nömrəli marşrut avtobusunun vurduğu piyada, 1985-ci il təvəllüdlü Taleh Abdulov aldığı ağır xəsarətlər səbəbindən dünən xəstəxanada dünyasını dəyişib.
O, hadisədən sonra Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayit24.az dünyasını dəyişən T.Abdulovun fotosunu əldə edib.