Sumqayıtda sabah üçün hava proqnozu açıqlanıb. Bu haqda 24 mart tarixində Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-11°, gündüz 18-22° isti olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.