Sumqayıtda sabah havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, temperatur gecə 19-22°, gündüz 26-31° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm-ə enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-55% təşkil edəcək.