Sumqayıt məhkəməsində "Azchem" MMC-nin işinə baxılacaq. Sumqayıt24 bu haqda 4 mart tarixində İqtisadiyyat.az-a istinadən xəbər verir.
Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edib. Maddədə deyilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə olunurlar.
İş Sumqayıt Şəhər Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə araşdırılacaq.