Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında sumqayıtlı kimono ustası medal qazanıb.
Sumqayit24.az xəbər verir ki, M5 yaş kateqoriyasında Babək Hacıyev (60 kq) gümüş mükafata sahib olub.
Xatırladaq ki, yarışın ilk günündə Sumqayıtın əfsanəvi veteran cüdoçusu Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.