Sumqayıtda Təmizləyici qurğular sexində iməcilik işləri aparılıb. Bu barədə 17 sentyabr tarixində Sukanal İdarəsinə istinadən xəbər veririk.
İməcilik Sukanal İdarəsi rəhbərliyinin göstərişi ilə həyata keçirilib. Tapşırığa əsasən, inzibati bina və sexin ərazisində ümumi təmizlik, ağacların dibinin alaq otlarından təmizlənməklə gövdəsinin əhənglənməsi, bordür daşlarının, həmçinin digər dəmir və beton hissələrin rənglənməsi kimi işlər görülüb.