Sumqayıtda mənzildə qalan şəxsə yardım edilib. Bu barədə 12 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
FHN-in "112" qaynar telefon xəttinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.