Sumqayıt yanğın qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, hadisə 45-ci məhəllədə yerləşən 1-ci binada baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Yanğın zamanı mənzildə heç kim olmayıb.
Bundan əlavə, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə polis əməkdaşları da səfərbər olunub. Yanğının səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.