Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin ixrac potensialı artır. Sumqayıt24 bu haqda 2 noyabr tarixində xəbər verir.
Sənaye Parkının rezidentləri “SOCAR Polymer” MMC və “STP” MMC-yə məxsus “STP Global Cable” MMC “İxrac İcmalı” jurnalının oktyabr ayı üzrə qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil edilib.
“SOCAR Polymer” MMC dövlətə məxsus şirkətlərin siyahısında üçüncü, “STP Global Cable” MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində “SOCAR Polymer” MMC 393 milyon manat, “STP Global Cable” MMC isə 31,5 milyon manatlıq məhsul ixrac edib.
“İxrac İcmalı” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.