Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report.az-ın məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.